Hal-hazırda yaranan şərtlərə görə Birgə Hərtərəfli Fəaliyyət Planı (beynəlxalq nüvə sazişi - red.) indiki formada bərpa olunmamalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Khabar-e Online" agentliyinə müsahibəsində bildirib.
"İndiki formada nüvə sazişi bizim üçün yararlı deyil. Nüvə məsələsi ilə bağlı vəziyyətimiz əhəmiyyətli dərəcədə yaxşılaşıb və biz əvvəlki şərtlərə qayıda bilmərik", - Əraqçı bildirib.
O, həmçinin qeyd edib ki, İran danışıqlarda iştirak etməzdən əvvəl Vaşinqton siyasətini dəyişməlidir.