kriminal.az
Uolts:

ABŞ ordusu Yəmənin "Ənsar Allah" hərəkatının liderlərini zərərsizləşdirib, hərəkatın qərargahına və silah fabriklərinə zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts "CBS News"a açıqlamasında bildirib.

"Biz husilərin liderlərini, o cümlədən raket mütəxəssislərini məhv etmişik, onların qərargahına, rabitə mərkəzlərinə, silah istehsalı zavodlarına və hətta bəzi suüstü pilotsuz aparat istehsalı obyektlərinə zərbə endirmişik", - deyə o bildirib.

Uolts zərərsizləşdirilən şəxslərin kimliyini açıqlamayıb.

Top
0.058892965316772