kriminal.az
Kanadanın baş naziri Trampla dialoqa başlamaq üçün şərtini açıqlayıb

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Kanadanın suverenliyini tanıması şərti ilə onunla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Karni vurğulayıb ki, Ottava və Vaşinqton arasında daha geniş müzakirə başlamazdan əvvəl Tramp Kanadanın suverenliyini təsdiq etməli və onu qəbul etməlidir.

Xatırladaq ki, martın 11-də Tramp qarşılıqlı ticarət tarifləri məsələsini tam həll etmək üçün Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını təklif edib.

Top
0.058207035064697