kriminal.az
Avstraliyada 15 milyon illik balıq qalıqları tapıldı

Avstraliya alimləri 15 milyon il yaşı olan qədim balığın daşlaşmış qalıqlarını aşkar ediblər.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, Avstraliya Muzeyi və Yeni Cənubi Uels Universitetindən doktor Metyu Makkarrinin rəhbərliyilə tədqiqat qrupu yeni növ şirin su balığını kəşf ediblər.

Bildirilib ki, bu, qitə ərazisində tapılan ilk qədim şirin su balığıdır.

Alimlər müəyyən ediblər ki, balıq müxtəlif onurğasız heyvanlarla, əsasən böcəklərinin sürfələri ilə qidalanıb.

Top
0.066301107406616