kriminal.az
Makqreqorun İrlandiya prezidenti olmaq şansları qiymətləndirildi

Dublindəki Triniti Kollecinin siyasət elmləri professoru Qeyl Makelroy UFC-nin keçmiş ikiqat çempionu Konor Makqreqorun (yarımyüngül və yüngül çəki dərəcələrində) İrlandiya prezidenti olmaq şanslarını qiymətləndirib.

Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.

Makelroy bildirib ki, Konorun aşması lazım olan iki maneə var.

"Birincisi, namizəd irəli sürülməlidir. İkincisi, səslərin əksəriyyətini toplamalıdır. Konor Makqreqor üçün bu maneələr demək olar ki, aşılmaz görünür. Daha layiqli namizədlər var ki, qraflıq şuralarının fikrincə, onların da seçkilərdə iştirak etmək imkanı olmalıdır. Lakin Konor Makqreqorla bağlı vəziyyət fərqlidir. İrlandiyada onu heç də birmənalı qarşılamırlar və dörd qraflıq şurasının onun namizədliyini dəstəkləməsi demək olar ki, mümkünsüzdür", - deyə politoloq bildirib.

Qeyd edək ki, İrlandiyada qaydalara görə, namizədlər həm müstəqil, həm də hər hansı bir partiya ilə əlaqəli olsalar, iki yolla irəli sürülə bilərlər. Onlar ya 20 parlament üzvünün - İrlandiya parlamentinin aşağı və yuxarı palatalarının nümayəndələrinin dəstəyini almalıdırlar, ya da İrlandiyanın 31 yerli hakimiyyət orqanından dördü, yəni qraflıq və ya şəhər şuraları tərəfindən irəli sürülməlidirlər.

Top
0.080225944519043