Məşhur fransalı aktyor Jerar Depardye "Yaşıl dalğalar" filminin çəkiliş meydançasında iki qadına qarşı seksual hərəkətlər etməsi ittihamı ilə martın 24-25-də Parisdə hakim qarşısına çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın "Le Temps" nəşri məlumat yayıb.
Belə ki, iki qadın - 53 yaşlı quruluşçu rəssam Ameli və adının açıqlanmasını istəməyən 33 yaşlı rejissor köməkçisi, J.Depardyeni 2021-ci ilin sentyabrında çəkiliş meydançasında onlara qarşı seksual hərəkətlər etdiyini iddia edir.
76 yaşlı aktyor isə bütün ittihamları qəti şəkildə rədd edir və barəsindəki iddiaları yalan adlandırır.