Ermənistan parlamentinin profil komissiyası respublikanın Avropa İttifaqına (Aİ) daxil olması prosesinə başlamasına dair qanun layihəsini təsdiqləyib və əsas oxunuşda qəbul edilməsi məqsədilə onu sessiyanın gündəliyinə daxil edib.
Bu barədə Oxu.Az TASS-a istinadla xəbər verir.
Qərar Ermənistan parlamentinin Avropaya inteqrasiyası məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında qəbul edilib.
"Avrointeqrasiya ilə bağlı qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə salınması qərarı səs çoxluğu ilə qəbul edilib. Komissiya layihəni parlamentin sabah başlayacaq iclaslarının gündəliyinə göndərəcək", - deyə Avropaya inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan müzakirələr zamanı bildirib.