ABŞ-nin Avropa və Asiyadakı müttəfiqləri özlərinin nüvə qalxanının yaradılması variantını nəzərdən keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.
Nəşr iddia edir ki, ABŞ Prezidenti Donald Trampın üzünü Moskvaya çevirməsi və NATO-ya etinasız münasibəti Vaşinqtonun müttəfiqlərini Birləşmiş Ştatların nüvə çətirinin altından çıxmaq imkanına hazırlaşmaq barədə düşünməyə vadar edib.
Sözügedən məsələ barədə düşünən ölkələr sırasında Almaniya, Polşa Cənubi Koreya və Yaponiyanın adları hallanır.