"Su-25" hücum təyyarəsi Primorye diyarında planlı təlim-məşq uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb.
Bu barədə Oxu.Az Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, pilot katapult etməyə macal tapıb. O, eniş etdiyi yerdən təxliyə olunub.
Təyyarənin düşdüyü yerdə dağıntı qeydə alınmayıb.
İlkin məlumata görə, hadisəyə səbəb texniki nasazlıq olub.