kriminal.az
Tramp:

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, sabiq prezidentCon Kennedinin qatilinə kömək edilib.

Kriminal.Az-ın RBC.ru-ya istinadən xəbər verdiyinə görə, Tramp bu fikrini radioaparıcı Kley Trevislə söhbət zamanı ifadə edib.

Jurnalist Trampdan 1963-cü ildə Con Kennedinin öldürülməsi ilə bağlı Federal Təhqiqat Bürosunun (FTB) əvvəllər gizli saxlanılan sənədləri barədə soruşub:

"Siz bu sənədlərin açıqlanması əmrini vermisiniz. Hələ də düşünürsünüz ki, Kennedini Osvald öldürüb?" - deyə radioaparıcı soruşub.

"Bəli. Mən həmişə bu versiyaya meyil etmişəm, amma təbii ki, ona kömək edilib", - deyə Tramp cavab verib.

Eyni zamanda, o, Kennedinin qatilinə kömək edən şəxslər barədə heç bir dəlil gətirməyib.

Top
0.052891969680786