kriminal.az
ABŞ Venesueladan neft və qaz alan ölkələri cəzalandıracaq

ABŞ hökuməti 2 apreldən etibarən Venesueladan neft və ya qaz alan ölkələrə 25% miqdarında idxal rüsumu tətbiq etməyi planlaşdırır.

Kriminal.Az-ın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində açıqlayıb.

"Venesueladan neft, yaxud qaz alan hər hansı bir ölkə ABŞ ilə bütün ticarət əməliyyatları üzrə 25% tarif ödəməyə məcbur olacaq", - deyə Tramp bildirib.

ABŞ prezidentinin "ikinci dərəcəli rüsumlar" adlandırdığı bu tədbir, Trampın iddiasına görə, Venesuelanın ABŞ-yə cinayətkarları göndərməsi səbəbi ilə tətbiq edilir.

Top
0.068515062332153