kriminal.az
Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endiriblər

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının döyüşçüləri Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb. Məlumatı "Ənsar Allah" hərəkatı da təsdiqləyib.

Yəmənli üsyançılar, həmçinin Qırmızı dənizdə Birləşmiş Ştatların "USS Harry Truman" təyyarədaşıyan gəmisinə raket və dronlarla zərbələr endirdiklərini açıqlayıblar.

Top
0.05481219291687