Martın 25-də gecə saatlarında Britaniya, Avropa, Ukrayna və Rusiya səmalarında müəmmalı spirallar görünüb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" yazır.
Bu fenomen yox olmaqdan qabaq bir neçə dəqiqə davam edib. Şahidlər mistik naxışı düşən ulduzla səhv saldıqlarını bildiriblər.
Onlar bunun çox qorxulu və qeyri-adi olduğunu etiraf ediblər. BBC telekanalının hava xəbərlərinin aparıcısı Saymon Kinq izah edib ki, fenomen "SpaceX"in son raket buraxılışı zamanı atılan donmuş yanacaqdan qaynaqlanır.
Oxşar hallar əvvəllər də raket buraxılışı zamanı müşahidə olunub.