Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində güclü partlayış baş verib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
İlkin məlumata görə, partlayışa səbəb mənzildə qazın partlaması olub.
İki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bundan başqa beş evə və 50-dən çox avtomobilə ciddi zərər dəyib.