kriminal.az
ABŞ və Ukrayna Ər-Riyadda danışıqların ikinci raundunu yekunlaşdırıblar

ABŞ və Ukrayna Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində danışıqların ikinci raundunu yekunlaşdırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Suspilne" milli-ictimai tele-radioşirkəti danışıqlarda iştirak edən nümayəndə heyətindəki mənbəyə istinadla məlumat paylaşıb.

"ABŞ və Ukrayna nümayəndə heyətləri Birləşmiş Ştatlar və Rusiya nümayəndələri arasındakı görüşün ertəsi günündə Səudiyyə Ərəbistanında ikinci görüşü başa çatdırıblar" , - deyə məlumatda bildirilib.

Danışıqların nə qədər davam etdiyi dəqiqləşdirilməyib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Ukrayna nümayəndə heyətlərinin yeni görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadla məlumat paylaşıb.

Agentliyin həmsöhbəti bildirib ki, "əvvəlki kimi amerikalılarla işləyirik".

Agentlik digər təfərrüatı açıqlamayıb.

Xatırladaq ki, martın 24-də Ər-Riyadda 12 saatdan artıq məsləhətləşmələrdən sonra Rusiya və ABŞ nümayəndələrinin görüşü yekunlaşıb.

Top
0.055808067321777