kriminal.az
Moskva Ər-Riyad danışıqlarında birgə bəyanatın qəbul olunmamasında Kiyevi günahlandırıb

"Dünən Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarının yekunu üzrə birgə bəyanat Ukraynanın mövqeyi səbəbindən qəbul edilməyib".

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Vladimir Çijov "Rossiya-24" telekanalına müsahibəsində söyləyib.

V.Çijov bildirib ki, tərəflər 12 saat oturub və birgə bəyanatı razılaşdırıblar:

"Lakin Ukraynanın mövqeyinə görə bəyanat qəbul olunmayıb. Bu, olduqca xarakterik və simptomatikdir".

Top
0.052793979644775