kriminal.az
Türkiyədə qanunsuz nümayişlərdə 1418 nəfər saxlanılıb

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 19 mart tarixindən etibarən İstanbul bələdiyyəsi ilə bağlı araşdırmaya qarşı keçirilən aksiyalarda 1418 şübhəlinin saxlanıldığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir sosial media hesabı vasitəsilə məlumat yayıb.

"19 mart 2025 tarixindən başlayaraq keçirilən qanunsuz nümayişlərdə bu günə qədər 1418 şübhəli saxlanılıb. Bu gün isə 478 şəxs məhkəmə qarşısına çıxarılacaq", - deyə nazir qeyd edib.

O vurğulayıb ki, küçələrdə terror mühiti yaratmağa cəhd edənlərə, milli və mənəvi dəyərlər, polislərə hücum edənlərə heç vaxt güzəşt edilməyəcək.

Top
0.071703195571899