Los-Ancelesdən Çinə uçan "United Airlines" şirkətinə məxsus təyyarə pilotun öz pasportunu unutduğu üçün geriyə - ABŞ-yə dönüb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Uçuşdan iki saat sonra məlum olub ki, pilotlardan biri pasportunu unudub. Təyyarənin göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü olub. Nəticədə, reys Şanxaya təxminən altı saat gec enib.