Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk matçını keçirəcək.
Oxu.Az xəbər verir ki, millimiz ilk oyunda Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Xorvatiyanın Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.