Mart ayının 18-dən 26-na qədər olan müddət ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qida zəhərlənməsi şübhəsi ilə 22 nəfər qəbul edilib.
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
Qeyd olunub ki, onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.
"Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova