kriminal.az
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz təchizatında problem YARANDI

Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a sakinlər məlumat veriblər.

Bildirilib ki, artıq 2 saatdır bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.

Top
0.056018829345703