kriminal.az
Kamçatkada güclü qar həkimləri çıxılmaz vəziyyətdə qoydu: Xəstələr xizəklərlə daşınır

Rusiyanın Kamçatka vilayətində qar yağması səbəbindən yaranan nəhəng təpələr təcili tibbi yardım işçilərini çətin vəziyyətdə qoyub. Həkimlər xəstələrə çatmaq üçün qeyri-adi üsullara əl atıblar.

Kriminal.Az-ın verdiyi məlumata görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdə xəstənin xizəklərlə aparılması anı əks olunub.

Sakinlərin sözlərinə görə, regionda yaşayış evləri demək olar ki, birinci mərtəbəyə qədər qarla örtülüb. Həyətlərdə avtomobilləri tapmaq belə mümkün deyil.

Vladivostokda isə ərimiş qar nəticəsində güclü buzlanma yaranıb. Avtomobillər təpələrdən aşağı sürüşüblər.

Top
0.053058862686157