kriminal.az
Rusiya XİN:

"Fransanın Mayot adasında daha bir hərbi baza qurmaq niyyəti Parisin Komor Adaları İttifaqının ərazi bütövlüyünə və BMT qərarlarına hörmət etmək istəməməsindən xəbər verir".

Kriminal.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Biz adada (Mayot) daha bir hərbi bazanın mümkün tikintisi ilə bağlı xəbərləri Parisin neokolonial instinktlərinin residivi və Komor Adaları İttifaqının ərazi bütövlüyünə hörmət etmək istəməməsinin, BMT Baş Assambleyasının qətnamələrinə ayrıseçkiliklə yanaşmasının əyani nümayişi kimi qəbul edirik", - deyə o qeyd edib.

Diplomatik qurumun rəsmi nümayəndəsi xatırladıb ki, beynəlxalq hüquqa görə, Mayot adasının ərazi mənsubiyyəti BMT Baş Assambleyasının 1975-ci və 1979-cu il qətnamələrinə uyğun olaraq Komor Adaları İttifaqına məxsusdur.

"Makron administrasiyasının militarist iddiaları təkcə Avropa İttifaqına yayılmır. Əminik ki, Mayot adalarında artıq mövcud olan hərbi baza Paris hamını inandırmağa çalışdığı kimi hipotetik xarici təhdidlərdən qorunmaq üçün deyil, qanunsuz saxlanılan dənizaşırı əraziyə nəzarət etmək üçündür. Bu, müstəmləkə dövrünün son qırıntılarından biridir, Fransa hakimiyyəti buradan komorluları qanunsuz miqrantlar kimi qəbul edərək zorla köçürür", - deyə o qeyd edib.

Zaxarova bildirib ki, Rusiya ayrı-ayrı regionların sülh və təhlükəsizliyi üçün təhlükəli nəticələri olan istənilən ərazilərin əsassız hərbiləşdirilməsinə hər zaman qarşı çıxır.

Top
0.058945894241333