Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.
Oxu.Az xəbər verir ki, körpə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açıb.
Qeyd edək ki, Hikmət anadan olduğu gün Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.