kriminal.az
Gürcüstanda Mixail Saakaşvilinin partiyası qadağan ediləcək

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkidə iştirak edə bilməyəcəklər.

Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

"İndiki mərhələdə aydındır ki, komissiyasının rəyi bu partiyaların konstitusiyaya zidd elan edilməsi üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək", - Mdinaradze bildirib.

Beləliklə, "Vahid Milli Hərəkat" və ona bağlı partiyalar nəinki yerli özünüidarə orqanlarına seçkidə, heç bir başqa seçkidə iştirak edə bilməyəcəklər.

Top
0.26552104949951