kriminal.az
Putin Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyasına münasibət bildirdi

"Ağ Ev rəhbəri Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək planı ciddidir".

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Arktika - dialoq ərazisi" beynəlxalq Arktika forumunda çıxışı zamanı deyib.

"Söhbət ABŞ tərəfinin Qrenlandiya ilə bağlı ciddi planlarından gedir", - o qeyd edib.

Putin bu planların tarixi köklərinin olduğunu vurğulayıb.

"Güman etməyin ki, adanın ABŞ-yə birləşdirilməsi ideyası sadəcə ekstravaqant bəyanatdır… Vaşinqton regiondakı maraqlarını irəli sürməyə davam edəcək", - Rusiya lideri aydınlıq gətirib.

Daha əvvəl Tramp bildirmişdi ki, Qrenlandiya ABŞ-yə beynəlxalq təhlükəsizlik üçün lazımdır.

Top
0.059916019439697