İranda polislər güllələniblər. Onlar arasında ölənlər və yaralananlar var.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, hadisə İranşəhr şəhərinin Çahcəmal bölgəsində baş verib. 12-ci polis bölməsinə məxsus avtomobil naməlum silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə olan çavuş Hüseyn Teymuri ölüb, digər iki polis isə yaralanıb.
Yaralıların vəziyyəti haqqında məlumat verilməyib.