kriminal.az
Moldovanın Qaqauziya muxtariyyətinin rəhbəri həbs edilib

Moldovanın Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul 20 sutka müddətinə həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.

Qeyd olunur ki, prokurorluq 2023-cü il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı dörd maddə üzrə ittiham olunan Qutsulun 30 sutka müddətinə həbs olunmasını istəyib.

Qutsul ittihamlarla bağlı özünü təqsirli bilməyib.

Qeyd edək ki, Qaqauziyanın rəhbəri martın 25-də axşam saatlarında Kişinyov hava limanında İstanbula uçuş üçün qeydiyyatdan keçərkən saxlanılmışdı.

Top
0.072521924972534