Bəzi ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsi ilə bağlı problemlərdən şikayətlənirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin hesabatında bildirilir.
Qeyd olunur ki, problem barədə məlumat verən istifadəçilərin 58%-i proqramdakı nasazlıqları qeyd edib, 35%-i saytın işindən şikayət edib, 7%-i isə serverlərə qoşulmaqda çətinlik çəkib.
"Downdetector"un məlumatına görə, ABŞ-də təxminən 50 min istifadəçi xidmətin kəsilməsi barədə məlumat verib. Həmçinin, dünyanın 15-dən çox ölkəsində də nasazıqlar qeydə alınıb.