"Əgər İran hökuməti Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, ölkə çox pis nəticələrlə üzləşəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı konkret nəyin baş verə biləcəyini açıqlamayıb.
"Məktubda yazdım ki, siz bir qərar verməlisiniz: "Ya biz danışıb məsələni danışıqlar yolu ilə həll etməliyik, ya da İranın başına çox pis şeylər gələcək və mən bunun olmasını istəmirəm", - o, Seyid Əli Xameneiyə yazdığı məktubun məzmununa toxunaraq əlavə edib.
Tramp gərginliyi sülh yolu ilə həll etmək istədiyini vurğulayıb.