İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Beynəlxalq Qüds Günündə ABŞ-nin İrana ehtimal olunan hücumu barədə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
"Amerikalılar özləri də nə qədər həssas vəziyyətdə olduqlarını bilirlər. Əgər onlar İran ərazisinə hücum etsələr, bu, barıt anbarındakı qığılcım kimi olacaq və bütün regionu partladacaq", - Qalibaf bildirib.
İran xalqının heç bir təhdiddən qorxmadığını vurğulayan Qalibaf ABŞ-ni hədələyərək deyib ki, bu vəziyyətdə onların bazaları və müttəfiqləri təhlükəsizlikdə olmayacaq.