Avstraliyanın "Avalon" beynəlxalq aviasiya şousu zamanı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Pilot ağır vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, "Pitts Special" təyyarəsi "ilgək" manevrini nümayiş etdirib. 50 yaşlı pilot havada fənd yerinə yetirərkən idarəetməni itirib. Nəticədə təyyarə uçuş-enmə zolağına çırpılıb.
Pilotun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Məlumata görə, təyyarə tamaşaçılardan uzaqda yerə düşüb və onlardan heç biri xəsarət almayıb.