kriminal.az
Qazaxda yararsız olan İŞIQ DİRƏKLƏRİ - Qurum problemin həll edildiyini deyir

Qazax rayonunun Daş Salahlı kəndində bəzi işıq dirəklərinin yarasız olması sakinlərin narahatlığına səbəb olub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, kəndin Fidat Məmmədov küçəsində işiq xətləri ilə yer arasındakı məsafə az qala bir-iki metrə çatıb.

"İşıq dirəklərimiz sovet dövründən qalandır. Çoxu çürüyüb. Bəzilərini özümüz bərpa etməyə çalışmışıq, amma naqillər çox sallanıb, təhlükə yaradır. Dəfələrlə icra nümayəndələrinə bildirsək də, tədbir görən olmayıb", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Kriminal.Az-ın sorğusuna cavab olaraq bu problemlə bağlı quruma müraciət olunmadığı bildirilib.

"Həmin ərazi kəndin kənarında yeni salınmış məhəllədir. O xətlər sakinlər tərəfindən kustar üsulla çəkilib. Problemdən xəbərdar olan kimi dərhal həmin xətt və dayaqlar dəyişdirilib", - deyə məlumatda bildirilir.

Sakinlərdən Oxu.Az-a bildirilib ki, dirəklərdən cəmi ikisi dəyişdirilib, digərlərinin isə yaxın günlərdə dəyişdirilməsi ilə bağlı vəd verilib.

Əzizə İsmayılova

Top
0.062018871307373