kriminal.az
Tramp və Kanadanın baş naziri razılığa gəldilər

ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı baş tutub. Danışıq zamanı Tramp Kanadanın suverenliyinə hörmət etdiyini bildirib.

Kriminal.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Kanada Baş nazirinin Ofisindən məlumat verilib.

Məlumata görə, iki lider arasındakı danışıq Karni tərəfindən olduqca konstruktiv, Tramp tərəfindən isə son dərəcə məhsuldar olaraq qiymətləndirilib.

Ofisin açıqlamasında qeyd edilib ki, Tramp və Karni aprelin 28-də keçiriləcək seçkidən dərhal sonra yeni iqtisadi və təhlükəsizlik əlaqələri üzrə hərtərəfli danışıqlara başlamaq barədə razılığa gəliblər.

"Kanadanı həmişə sevmişəm. Çox gözəl bir söhbətimiz oldu. Baş nazir seçki prosesindədir, ona görə də seçkidən sonra yenidən danışacağıq", - deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, daha əvvəl Kanadanın onunla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirmişdi.

Top
0.05729603767395