kriminal.az
Rusiya hərbi təyyarəsi ABŞ-nin təyyarədaşıyan gəmisini lentə aldı

Rusiyanın sualtı qayıq əleyhinə təyyarəsinin ekipajı ABŞ-nin təyyarədaşıyan gəmisini lentə alıb.

Kriminal.Az-ın xəbərinə görə, müvafiq görüntülər "Voennıy obozrevatel" "Telegram" kanalı tərəfindən yayımlanıb.

Məlumata görə, aşağı hündürlükdə uçan Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "İl-38N Novella" təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Carl Vinson" təyyarədaşıyan gəmisinin üzərindən uçub və onu ABŞ qırıcıları müşayiət etdiyinin şahidi olub.

Yayımlanan görüntülərdə Rusiya təyyarəsinin sol qanadının yanında yaxın məsafədə beşinci nəsil "F-35C Lightning II" qırıcı təyyarəsinin uçduğunu görmək mümkündür. Rusiya təyyarəsinin aşağısında isə ABŞ hərbi gəmisi var.

Top
0.05646800994873