kriminal.az
İsrail Ordusu Qəzzanın cənubunda quru əməliyyatlarını genişləndirir

İsrail ordusu son saatlarda Qəzza zolağının cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cenin bölgəsində quru əməliyyatına başlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) "Telegram" kanalında məlumat verilib.

Qeyd olunur ki, əməliyyat zamanı qüvvələr HƏMAS təşkilatının infrastrukturunu məhv edib. Eyni zamanda, SAXAL Qəzza zolağının hər yerində HƏMAS hədəflərinə hava zərbələri endirməkdə davam edir.

"Həftəsonu məhv edilmiş hədəflər arasında silah anbarları, reaktiv yaylım atəşi sistemləri, terrorçuların istifadə etdiyi hərbi binalar və digər terror infrastrukturları var. Zərbələr nəticəsində terrorçular məhv edilib. Onların bəziləri İsrail ərazisini minaatanlardan atəşə tutublar", - məlumatda bildirilir.

Top
0.057317972183228