Ramazan bayramı münasibətilə Əfqanıstanın ali dini lideri Heybətullah Axundzadə əfv fərmanı imzalayıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fərmana əsasən, 2500-ə yaxın məhbus azad edilib.
Əfqanıstan Ali Məhkəməsinin Mətbuat Xidmətinin məlumatına görə, Silahlı Qüvvələrin başçısı Əbdül Hakim Həqqaninin göstərişi ilə 2463 nəfər həbsxanalardan azad edilib. Daha 3152 məhbusun cəzası yüngülləşdirilib.