Məşhur rusiyalı aktyor Qoşa Kutsenko avtomobilində baş verən dəhşətli qətl hadisəsindən sonra əfsanəvi mavi "Zaporojets"indən imtina etmək qərarına gəlib.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, Kutsenko avtomobilində cinayət törədən şəxsdən təzminat tələb etmək niyyətində deyil.
Xatırladaq ki, yanvar ayında . Hadisə yerindən həmçinin istifadə edilmiş kontraseptiv vasitə və büstqalter də aşkarlanmışdı. Məlum olmuşdu ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan Kazandan olan 30 yaşlı residivist (cinayət üstündə cəza çəkdikdən sonra təkrar cinayət törətmiş adam - red.) Albert Abdullin təcavüz, soyğunçuluq, oğurluq, insan həyatını hədələmə, dövlət məmurunu təhqir etmə və sağlamlığa qəsdən ağır xəsarət yetirmə kimi ağır cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunub.
Məlum olub ki, Abdullin aktyorun "Zaporojets" maşınında icazəsiz yaşayıb və oraya qadınları dəvət edib. Cinayət törədilən vaxt isə Qoşa Kutsenko özü Stavropolda çəkilişlərdə olub.
Qeyd edək ki, Kutsenkonun 2019-cu ildə doğma şəhəri Zaporojyenin xatirəsinə aldığı "Zaporojets" maşını aktyorun bir növ vizit kartına çevrilmişdi. O, müntəzəm olaraq maşınla Moskva ətrafında gəzintiyə çıxırdı və pərəstişkarlarının, yoldan keçənlərin diqqətini cəlb edirdi. Lakin avtomobil son iki ildə istifadə olunmamışdı.
Kult avtomobilinə bağlı olmasına baxmayaraq, Qoşa Kutsenko dəhşətli hadisədən sonra "Zaporojets"i ilə ayrılmaq qərarına gəlib. Aktyor cinayətkara qarşı əmlak iddiaları irəli sürməyi planlaşdırmır və bu faciəli hekayəni keçmişdə qoymağa üstünlük verir.