kriminal.az
Husilər son sutka ərzində ABŞ aviadaşıyıcısına üç dəfə hücum ediblər

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı son sutka ərzində ABŞ-nin "Harri Truman" aviadaşıyıcısına üç dəfə hücum edib.

Oxu.Az bu barədə hərəkatın nümayəndəsi Yəhya Sərianın "Telegram"dakı paylaşımına istinadən xəbər verir.

Husi nümayəndəsinin sözlərinə görə, əməliyyat raket qoşunları, pilotsuz uçuş aparatları və hərbi-dəniz qüvvələri vasitəsilə həyata keçirilib.

Top
0.054594039916992