Sumqayıtda "Mahal" MMC tikinti şirkətinin sakinlər evdə ola-ola mənzilləri sökdüyü iddia edilir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, belə iddia ilə Sumqayıt sakinləri çıxış ediblər.
Sumqayıt şəhərinin 4-cü məhəlləsində "Mahal" MMC tərəfindən aparılan söküntü işləri ciddi narazılıq doğurub.
Sakinlər bildiriblər ki, evdə olduqları halda onların mənzilləri qanunsuz şəkildə sökülüb və tikinti şirkəti hələ də onlara lazımi kompensasiyanı ödəməkdən imtina edir. Hazırda tərəflər arasında gərginlik yaranıb. Mübahisənin kökündə isə kompensasiya məbləğinin azlığı dayanır. Sakinlərin sözlərinə görə, təklif olunan məbləğ onların yeni mənzil əldə etməsi üçün yetərli deyil.
"Mahal" MMC tikinti şirkətinin sədr müavini Ruslan Məmmədov bildirib ki, hazırda söküntü aparılan binada cəmi 3-4 ailə qalıb. Təklif olunan pul bazar qiymətlərinə uyğundur, lakin sakinlər bu məbləğlə razılaşmırlar. O, sakinlərin evlərinin qanunsuz sökülməsi iddiasını isə rədd edib. Məsələ ilə bağlı tərəflər arasında məhkəmə çəkişməsi davam edir.
Bu isə sakinlər üçün ədalətli həll yolunun tapılıb-tapılmayacağını müəyyən edəcək.
Qeyd edək ki, martın 27-də Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tərəfindən aparılmışdı.
Ətraflı süjetdə:
