Tonqa Krallığının sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentrinin təxminən 1700 nəfərin yaşadığı Panqai şəhərindən 76 km cənub-şərqdə yerləşdiyi bildirilir. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Daha sonra ABŞ Milli Okean və Atmosfer İdarəsi zəlzələ nəticəsində Tonqa sahillərində sunami xəbərdarlığı elan edib. İdarənin məlumatına görə, zəlzələnin maqnitudası 7,3 bal təşkil edib.