kriminal.az
ABŞ prezidenti İranı görünməmiş bombardmanlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı istehsal etməmək barədə razılıq əldə etmədiyi təqdirdə görünməmiş bombardmanlarla hədələyib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "NBC News"a müsahibəsində bildirib.

"Əgər onlar razılığa gəlməsələr, bombardmanlar olacaq. Bu, əvvəllər heç vaxt görmədikləri bombardmanlar olacaq", - o vurğulayıb.

Tramp ikinci dərəcəli tariflərin tətbiqi imkanını da xatırladıb, lakin tərəflərin hazırda danışıqlar mərhələsində olduqlarını açıqlayıb.

Xatırladaq ki, 2025-ci ilin fevralında Tramp İrana qarşı maksimum təzyiq siyasətini bərpa edən fərman imzalayıb və bunun məqsədinin Tehranla nüvə məsələsində razılaşma olduğunu bildirib.

Top
0.06992506980896