Çin avtomobil istehsalçısı "Chery" 2023-cü ildə yaradılmış "iCar" alt brendini yenidən təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Autohome" məlumat yayıb.
Məlumata görə, brendin baş direktoru istefaya göndərilib.
Eyni zamanda, qeyd edilir ki, "Chery" "iCar"ı artıq ayrıca marka kimi deyil, model seriyası kimi saxlayacaq. İstehsalçı əvvəllər təqdim edilmiş "iCar" 03, 03T və V23 modellərini yenidən adlandıracaq, yeni "iCar" V25 modeli isə artıq birbaşa "Chery" markası altında bazara çıxarılacaq.
"iCar" brendinin yenidən təşkilinin rəsmi səbəbləri açıqlanmayıb, lakin çox güman ki, bu qərar aşağı satış göstəriciləri ilə əlaqədardır.