Rusiya və Çinin ABŞ administrasiyasının yüksəkrütbəli rəsmiləri tərəfindən Yəməndəki zərbələr barədə məlumat vermək üçün istifadə edilən "Signal" mesencerini sındırmağa cəhd etdiyi iddia edilir.
Oxu.Az "ABC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Senatında Demokratlar Partiyasının iclasının və Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner bildirib.
"Bizdə Çin və Rusiyanın "Signal"ı sındırmağa çalışdığı barədə məlumatlar var", - o bildirib.
Siyasətçi əlavə edib ki, özü də bu mesencerdən istifadə edir, həmçinin, öz çevrəsindən olan insanları da bunu etməyə çağırır.
"Signal" sizin adi cib telefonlarınızdan daha təhlükəsizdir. "O şifrələnib," - Uorner yekunlaşdırıb.