İran raketləri yeraltı bazaların olduğu bütün şəhərlərdə buraxılış qurğularına yüklənib və ABŞ tərəfindən eskalasiya olduğu təqdirdə buraxılmağa hazırdır.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "Tehran Times" xəbər yayıb.
"Pandora qutusu"nu açmaq ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək", - deyə materialda qeyd edilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə silahı istehsal etməmək barədə razılıq əldə etmədiyi təqdirdə hədələyib.
Yeri gəlmişkən, Qərb mediasında İranın ABŞ-nin Hind okeanındakı bazasına hücum etməyə hazır olduğu haqqında xəbərlər var.