Rusiyanın Murmansk şəhərində yerli sakin keçmiş yataqxana olan 14 mərtəbəli binanın damından insanlara atəş açıb.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə RBK xəbər yayıb.
Qeyd olunur ki, əvvəlcə tək-tək atəş açılıb, sonra isə atəş fasiləsiz davam edib.
Rusiyanın Xüsusi Təyinatlı Çevik Əməliyyat Dəstəsi (SOBR) və OMON əməkdaşları atəş açan kişini ələ keçirə biliblər. Onun 1981-ci il təvəllüdlü yerli sakin olduğu öyrənilib.
"Murmanskda binanın damından naməlum şəxsin atəş açması nəticəsində heç kim xəsarət almayıb. Atəş açan şəxs tək olub, o yaralanıb. Onu snayperler zərərsizləşdiriblər", - deyə regionun təcili yardım xidmətlərinin məlumatından bildirilib.
Atəş açan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Həmçinin məlumata görə, kişinin cinayət zamanı sərxoş olması ehtimalı istisna edilmir.
Hadisə yerində polis əməkdaşları işləyirlər.