İranın Ali lideri Əli Xamenei ABŞ-nin ölkəyə kənardan hücumu ehtimalına inanmadığını, lakin Vaşinqtonun, İran daxilində üsyan qaldırmağa çalışarsa, sərt cavab alacağını bildirib.
Kriminal.Az-ın IRIB-ə istinadən xəbərinə görə, Xamenei bu sözləri Ramazan bayramı münasibətilə xütbə zamanı deyib.
"Onlar nəsə pis iş görəcəkləri ilə hədələyirlər, lakin biz belə düşünmürük, hətta ehtimal azdır ki, onlar kənardan nəsə pislik edərlər. Amma hətta etsələr belə, bizim cavabımız sərt olacaq. Əgər birdən ölkə daxilində üsyan qaldırmağa qərar versələr, o zaman İran xalqı özü onlara cavab verəcək", - deyə o bildirib.