kriminal.az
Tramp:

"Həftəsonu Ukrayna böhranının nizamlanması prosesində böyük irəliləyiş əldə edilib".

Kriminal.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evin jurnalistləri ilə söhbəti zamanı deyib.

"Biz bu həftəsonunu yaxşı keçirdik. Çox maraqlı hadisələr baş verdi və düşünürəm ki, biz Ukrayna və Rusiya ilə bağlı böyük irəliləyiş əldə etdik", - deyə o bildirib.

"Münaqişələr həmişə var, lakin mən düşünürəm ki, biz bunlara son qoyulması ilə bağlı əhəmiyyətli irəliləyişlərə nail oluruq. Bu, addım-addım baş verir. Liderlər arasında güclü nifrət var, amma düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik", - deyə Donald Tramp qeyd edib.

Xatırladaq ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon vasitəsilə Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin Mətbuat Xidmətinin bildirdiyi kimi, Putin ABŞ liderinin Ukraynadakı münaqişə tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi təklifi ilə razılaşıb.

Ağ Evin məlumatına əsasən, tərəflər, həmçinin Qara dənizdə atəşkəs, tam şəkildə atəşkəs və daimi sülhün tətbiqi ilə bağlı texniki danışıqlara başlamaq barədə də razılığa gəliblər.

"Münaqişənin həlli üzrə əsas şərt Kiyevə xarici hərbi yardımın tamamilə dayandırılması və kəşfiyyat məlumatlarının ötürülməsidir", - deyə Kremldən vurğulanıb.

Top
0.058809995651245