İspaniyanın şimalındakı Asturiya bölgəsində yerləşən Deqana qəsəbəsində kömür mədənində partlayış baş verib.
Kriminal.Az-ın "TRT News"a istinadən xəbərinə görə, bu barədə Asturiya Muxtar İcmasının Təcili Yardım Qurumundan məlumat verib.
Məlumata görə, partlayış nəticəsində ən azı iki nəfər ölüb, üç nəfər yaralanıb, dörd nəfər isə itkin düşüb.
Asturiya Muxtar İcması hökumətinin sözçüsü bildirib ki, şaxtaçılar qrafit istehsalı üçün mineralların çıxarılması üzrə icazə əsasında iş aparırmışlar.
Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürmə və mülki yardım qrupları göndərilib.