kriminal.az
ABŞ husilərin nəzarətində olan Səna aerodromunu vurdu

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada "Ənsar Allah" hərəkatının nəzarəti altında olan Əd-Daylami aviabazasına bir sıra zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

"ABŞ husilərin Əd-Daylami aviabazasındakı silah anbarlarına üç hava hücumu həyata keçirib", - telekanalın məlumatında bildirilir.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Səna səmasında intensiv uçuşları qeydə alınıb. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Top
0.059435129165649